Ərdoğan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından DANIŞDI

Ərdoğan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından DANIŞDI
27 Okt 2021 12:50


“İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının tezliklə regionda nümunəvi istehsal və rifah mərkəzinə çevriləcəyinə ürəkdən inanıram”.

“Haber Global” məlumat verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bütün sahələrdə Türkiyənin müvafiq qurumları, təşkilatları, şirkətləri azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışırlar.

“Hazırda görülən işlərdə Türkiyə şirkətlərinin Azərbaycanda çox ciddi potensialı olmasına şahidik. Türkiyə şirkətləri infrastruktur tikintisində çox ciddi işlər görürlər. Eniş etdiyimiz Füzuli hava limanında 12 Türkiyə şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq, 8 ay kimi qısa müddətdə buranı hazır etdilər. Hazırda daha iki hava limanı tikilir. Onların tikintisinin tez bir zamanda, bir il ərzində başa çatdırılması planlaşdırılır”, - deyə Ərdoğan qeyd edib.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.