Ərdoğan Füzuli və Zəngilan səfərindən DANIŞDI

Ərdoğan Füzuli və Zəngilan səfərindən DANIŞDI
27 Okt 2021 12:46


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Haber Global” məlumat verir ki, Türkiyə lideri Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfəri uğurla başa vurduqlarını qeyd edib.

“Qardaş Azərbaycanda sonuncu dəfə iyun ayında olmuşam. Qardaşım İlhamla Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda görüşdüm.

Səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı yenidənqurma və abadlıq işlərini yaxından gördük. Biz rayonda iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin dirçəldilməsi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birlikdə araşdırdıq. Biz də azərbaycanlı qardaşlarımız kimi Azərbaycanın nailiyyətlərinə sevinirik. Bu layihələrin bir parçası olmaqdan qürur duyuruq”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə başçısı Füzuli Beynəlxalq Hava Limanı barədə də danışıb:

“Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə üstünlük təklif etmək potensialına malikdir. Azərbaycanın regionun inkişafını prioritet hesab etmək iradəsinin təzahürü olan və çox qısa müddətdə başa çatdırılan bu mühüm nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm”.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.