Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub - YENİLƏNİB + FOTO

Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub - YENİLƏNİB + FOTO
27 Okt 2021 09:28


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

 dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkiblər.

Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxıblar.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim edib.

Tədbirin aparıcısı Günel Mövsümova dedi: Bəli, zəngilanlılar bu ili 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadıq. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyalı ilə yaşadım və xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət məkana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.

Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını belə tapa bilmədim. Nəinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qardaş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik.

İndi icazə verin, “Dost Aqropark” ilə tanış olaq.

Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Dövlət başçıları "Dost Aqropark"ın təməlini qoydular.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Daha sonra aqroparkda əkinə start verildi.

Prezidentlər "Dost Aqropark"ın fəaliyyətinə xeyir-dua verdilər.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

17:39

Zəngilan rayonunda “Dost Aqropark”ın təməlqoyma mərasimi keçirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra ərazidə ağac əkiblər.

Qeyd edək ki, Zəngilan Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.