Dünya çempionatında iştirak edəcək 12 güləşçimizin adı bilindi - FOTO

Dünya çempionatında iştirak edəcək 12 güləşçimizin adı bilindi - FOTO
27 Okt 2021 09:23


Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

realpress.az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək yunan-Roma və qadın güləşi üzrə millilərimizin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev məsul yarışda iştirak edəcək heyət üzvləriylə görüşüb və onlara Belqradda uğurlu çıxış etməyi arzulayıb.

Yunan-Roma güləşi üzrə millimiz 7 güləşçiylə DÇ-yə qatılacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) Serbiyada xalça üzərinə çıxacaq.

Qadınlarımız məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun tapşırıqlarını icra edəcək. Heyətdə Şəhanə Nəzərova (50 kq), Tanya Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) yer alıb.

Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyacaq.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.