Vətən müharibəsi şəhidi, XTQ döyüşçüsü Həmid Abbasbəylinin anım günü qeyd edilib - FOTO

Vətən müharibəsi şəhidi, XTQ döyüşçüsü Həmid Abbasbəylinin anım günü qeyd edilib - FOTO
25 Okt 2021 09:38


Bu gün Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Abbasbəyli Həmid Cavanşir oğlunun anım günü qeyd olunub.

Öncə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də Azərbaycanın Xalq artistləri şəhid atası Əli Nur və Azad Şükürov 2-ci Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, onun məzarına çələng və çiçəklər düzüblər.

Sonra tədbir Həmid Abbasbəylinin xatirəsinə ucaldılmış Xatirə lövhəsinin qarşısında davam etdirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edənlər qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Vurğulandı ki, Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatla bir qism torpaqları işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı, 30 illik həsrətə son qoydu. Sonra məktəblilərin ifasında ədəbi-bədii kompazisiya təqdim olundu.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.