Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi - VİDEO

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi - VİDEO
23 Okt 2021 12:52


“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.

“Cənab Prezidentimizin niyyəti budur ki, ən qısa zamanda, ləyaqətli, güvənli formada məcburi köçkünlərimizin ata-baba yurdlarına qovuşması həyata keçsin”, - deyə o bildirib.

Prezident köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biridir:

“Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir. Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq:

“Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir.

“Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.