Ağdaşda tarixi hamam yerlə-yeksan edilib - VİDEO

Ağdaşda tarixi hamam yerlə-yeksan edilib - VİDEO
23 Okt 2021 12:50


Ağdaşda tarixi hamam yerlə-yeksan edilib.

Söhbət rayonun Məhəmməd Əsədov küçəsində iki gün öncə satılması üçün elanı vurulan, bu gün isə artıq sökülməsi işləri həyata keçrilən, yaşı bir əsrdən çox olan qədim tarixi hamamdan gedir.

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Azər Paşayev bildirib ki, bu tikili təqribən 20 il əvvəl alınıb və ərazidə natəmizlik hökm sürdüyündən sakinlərin şikayəti ilə hamamın sahibi söküntü işlərinə başlayıb.

Rayonun Maxsud Şeyxzadə küçəsində yerləşən tarixi hamam kompleksi də məhv olmaq üzrədir. Qısa zamanda bu tikili də əsaslı təmir olunmasa, tarixi hamamda nə tarix qalacaq, nə də hamam.

Rayon ərazisində ən böyük tarixi tikili olan, XIX əsrdə inşa olunan və dövlət qeydiyyatına salınan “Qarabəy” karvansarayı da acınacaqlı vəziyyətdədir. Tikili demək olar ki, dağılmağa məhkumdur. Ya bu gün uçar, ya sabah.

Problemlər bununla da bitmir. İllər öncə karvansarayda 18 ailənin məskunlaşması üçün icazə verilib. Halbuki, ölkədə dövlət tərəfindən qorunan qədim tikililərdə yaşamaq icazəli deyil. 

Burada yaşamaq heç sakinlərin də ürəyincə deyil. Karvansarayda olan dözülməz vəziyyətdən şikayətçi olanlar bildirir ki, ötən il onlar üçün rayonun digər hissəsində dördmərtəbəli 48 ailəlik binanın inşasına başlansa da, sonradan işlər dayanıb. Səbəbi isə məlum deyil.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.