Ceyhun Bayramov Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Ceyhun Bayramov Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib – FOTO
16 Okt 2021 09:18


15 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. Ötən il ərzilərimizin hərbi-siyasi yolla azad edildiyini qeyd edən nazir, əsas diqqəti Ermənistanın ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəldib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin Etibarlılığının yalnız 25 % təşkil etdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu günədək 167 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 33 nəfərin həlak olduğu qeyd edilib, həlak olanlar arasında 2 nəfər jurnalistin olduğu vurğulanıb.

Nazir, həmçininn işğalan azad olunmuş ərazilərdəki vəziyyət, burada Ermənistan tərəfindən törədilmiş, urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib. Eyni zamanda Fransa nümayəndə heyətinə Azərbaycan Hökuməti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlər, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat təqdim edilib.

Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının nümayəndə heyəti qəbula görə təşəkkür edərək, fəaliyyətləri barədə məlumat veriblər. Komissiyanın Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyəti ifadə edilib.

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.