İlham Əliyev İran və Ermənistanın müştərək cinayətlərini ifşa etdi: Narkotrafik, terrorçuluq... - TƏHLİL

İlham Əliyev İran və Ermənistanın müştərək cinayətlərini ifşa etdi: Narkotrafik, terrorçuluq... - TƏHLİL
15 Okt 2021 15:53


Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində İran siyasətinin təməlindəki anti-Azərbaycan siyasətinin təzahürlərinə diqqət çəkmişdi.

İlham Əliyev müsahibədə İranın müxtəlif adlar altında pərdələdiyi siyasətini ifşa etməklə Tehranın bölgədə Azərbaycana qarşı separatizmi və işğalçılığı alovlandırmaq üçün yürütdüyü siyasətin mexanizmini izah etmişdi.

İran isə bundan dərs çıxarmaq əvəzinə, hiddətini boğa bilmədi, ənənəvi informasiya təbliğatına da baş vurmadı, yəni Qarabağa qanunsuz yükdaşımalar həyata keçirildiyini təkzib edən bir kəlmə də rəsmi bəyanat səsləndirmədi.

Fakt var, bu faktı ictimailəşdirən siyasi iradə var – İran ona görə də, bu dəfə başqa bəhanələr üzərindən illüziyalar qurmağa başladı və Azərbaycanın İsraillə əməkdaşlığından narahatlığını izhar etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılda səfərdə olarkən İranın işğal müddətində Qarabağdakı qeyri-qanuni fəaliyyətindən bəhs etmişdi. Bunu, İran-Ermənistan gizli və qeyri-qanuni müştərək ticari maraqlarına dair Azərbaycanda dolğun məlumatlar olmasının bəyanı kimi dəyərləndirə bilərik.

İran isə dayanmır, ifşa olunduqca, daha da aqressivləşir, SEPAH generalları tonlarını aşağı salmaq əvəzinə daha da qaldırır.

Bunların bir faydası yoxdur, Bakı onsuz da prosesdə üstün tərəfdir. Bu üstünlüyü göstərən səbəblər barədə çox yazmışıq deyə, indi bunun üzərindən keçəcəyik.

Tehran təhdidlərinə ara vermədiyi zamanda Azərbaycanda İranın Qarabağ üzərindən həyata keçirdiyi pul yuma əməliyyatlarına dair fakt ictimailəşdi.

İranın 25-dən artıq bankının, 400-dən çox şirkətinin Xankəndi üzərindən çirkli pulların yuyulması əməliyyatları həyata keçirdiyini məlum oldu.

Bu, İran üçün növbəti ifşa dalğası olmaqla Tehrana qarşı arqumentləri gücləndirən amilə çevrilir. İfşanın yeni dalğası isə başqa platformada dilə gətirildi.

Belə ki, İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında da İran haqqında danışıb.

Əhəmiyyətinə gəlincə:

Bu formatda görüşdə İranın ifşa edilməsi digər dövlətlərdə də İran haqqında aydın təsəvvürlər yaradır.

Bundan əvvəllər də İranın işğal dövründə Qarabağ üzərindən narkotrafik marşrutunu həyata keçirdiyinə dair məlumatlar yayılıb. Bura, narkomafiya şəbəkəsi üçün münbit qazanc yeri idi, Qarabağ işğal dövründə iranlı narkotacirlərin Avropaya açılan pəncərəsi idi.

İlham Əliyev xatırladıb ki, Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib.

“Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

“Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

İranın təhdidedici dövlətə çevrilməsi ilə bağlı əsas məqamlardan biri isə İlham Əliyevin bu cümləsində gizlənir:

“Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir”.

Bəyanatdakı “beynəlxalq terrorçu” anlayışını İranın Yaxın Şərqdəki siyasəti kontekstində nəzərdən keçirəndə daha ciddi təhdidedici faktor ortaya çıxır.

İran Yaxın Şərqdə maraqlarını təmin etmək üçün müxtəlif dini təmayüllü hərbi güclərdən istifadə edib.

İndi görmək olar ki, İran həmin terrorçuların bir hissəsini təlim keçmək üçün Qarabağda yerləşdiribmiş...

Aqşin Kərimov

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.