Gürcüstanda Saakaşviliyə görə mitinq keçirilib - VİDEO

Gürcüstanda Saakaşviliyə görə mitinq keçirilib - VİDEO
15 Okt 2021 11:58


Qonşu Gürcüstanın paytaxtı Tbilisidə eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq keçirilib.

Ölkənin müxtəlif bölgələrindən gəlmiş on minlərlə vətəndaş Mərkəzi Azadlıq Meydanına toplaşaraq “Mişaya azadlıq!” şüarları səsləndiriblər. 

Mitinq zamanı Mixail Saakaşvilinin həbsxanadan xalqa yazdığı müraciəti oxunub. Müraciətində o, Gürcüstana niyə döndüyünü izah edərək, Ukraynada xoşbəxt ola bilmədiyini, başqa yerdə ola bilməyəcəyini deyib. Sonra mitinq müxalif liderlərinin çıxışları ilə davam etdirilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

16 Apr 2024
Dünya

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.