Peru parlamenti Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib - FOTO

Peru parlamenti Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib - FOTO
14 Okt 2021 14:45


Peru Konqresi 27 sentyabr – Azərbaycanda Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

realpress.az xəbər verir ki, bəyanat Konqres üzvü Xose Enrike Orenin təşəbbüsü ilə gündəmə gəlib. 

Sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.

Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.

Ardınca 27 sentyabrda “qardaş ölkə Azərbaycanın Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında elan edilmiş Anım Gününü” qeyd etdiyi söylənilir və ölkə tarixində yeni bir dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün “Anım Günü”nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.

Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.