Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?

Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?
13 Okt 2021 17:56


Gələn il COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Bu barədə realpress.az-ın sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin (dərman vasitəsi) gətirilib. Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir. 

Qeyd edək ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana göndərilib. 

Ümumilikdə Azərbaycana 13 milyon vaksin dozanın idxalı nəzərdə tutulub. İndiyə qədər ölkəyə 12 169 030 doza “CoronaVac” dərman vasitəsi gətirilib. 

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dərman vasitəsinin idxalı barədə” 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən Agentlik ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə uyğun olaraq 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub. İndiyə qədər Azərbaycana 200 000 doza “Sputnik V” dərman vasitəsi gətirilib.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.