Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb

Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
13 Okt 2021 16:14


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

İdarədən verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb.

Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.

27 Okt 2021
Cəmiyyət

Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - FOTO

Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun anım günüdür.

27 Okt 2021
Cəmiyyət

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.

27 Okt 2021
Cəmiyyət

Azərbaycanda daha 2300 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2300 yeni yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.

27 Okt 2021
Cəmiyyət

Zəngəzur dəhlizi: “Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır” - RƏY

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması nəinki ölkəmiz, bütün bölgə xalqları üçün tarixi gündür”.

27 Okt 2021
Cəmiyyət

Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir? - SİYAHI + FOTO

Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə təsnifatı yayımlanıb.