Çavuşoğlu ABŞ və Rusiyanı günahlandırdı: “Sözlərini tutmadılar”

Çavuşoğlu ABŞ və Rusiyanı günahlandırdı: “Sözlərini tutmadılar”
13 Okt 2021 15:53


“Terror qruplaşması torpaqlarımıza hücum edir. ABŞ və Rusiya terrorçuları 30 kilometr cənuba çəkməklə bağlı sözünü tutmadı. Təhlükəsizliyimiz üçün nə lazımdırsa, edəcəyik”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Son dövrlərdə bu cür hücumları görməyə başladıq. Hər iki ölkə də bu terrorçuları ən azı 30 kilometr cənuba çəkəcəkdi. Rusiya Tel Rıfat və Menbiçi təmizləyəcəkdi. Bu sözlərə əməl olunmadı.

Odur ki, son hücumlarda Rusiyanın və ABŞ-ın da məsuliyyəti var, sözlərində durmadılar. Bu terrorçular həmin ərazilərdə olduğuna görə bizim etməli olduğumuz şey öz göbəyimizi özümüzün kəsməsidir. Təmizlənmə üçün nə lazımdırsa, ediləcək.

Hücumları qınayırıq deyirlər, bəs bu silahları onlara kim verir? Sən təlim keçirsən, sonra isə sadəcə göstəriş xatirinə “qınaq açıqlaması” verilir”, - deyə M.Çavuşoğlu bildirib.

Mənbə: Haber Global

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.

23 Apr 2024
Dünya

Çində təbii fəlakət: 127 milyon insanın həyatı təhlükə altında - VİDEO

Çin Quandun və Sıçuan əyalətlərində baş verən güclü daşqınlar səbəbindən ciddi təbii fəlakətlə üzləşib.