Azərbaycan Respublikası Mərkəzi Bankında (AMB) yeni vəzifə təyinatı olub.
realpress.az-ın məlumatına görə, Namiq Nağdəliyev AMB sədrinin ofisinə yeni direktor təyin edilib.
N.Nağdəliyev daha əvvəl Dünya Bankının Azərbaycan üzrə icraçı direktorunun müşaviri olub.
Qeyd edək ki, Mərkəzi Bankın sədr ofisinin direktoru vəzifəsini bundan əvvəl hazırda Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olan Adışirin Qasımov icra edib.
Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.