Bakıdakı dəhşətli qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub - AÇIQLAMA

Bakıdakı dəhşətli qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub - AÇIQLAMA
13 Okt 2021 13:52


Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.

Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən “Ayşən LTD” şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib.

O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub:

“Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu”.

Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə, 5 nəfər ölüb, 21 nəfər isə xəstəxanalara yerləşdirilib.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.