15 yaşlı yeniyetmə idmançımız Dubayda “Muay Tay Gənclər Çempionatı”nın qalibi olub - FOTO

15 yaşlı yeniyetmə idmançımız Dubayda “Muay Tay Gənclər Çempionatı”nın qalibi olub - FOTO
13 Okt 2021 08:58


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. 

15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün üç döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. 

Qeyd edək ki, Qacar Mirzə 11 may 2006-cı il tarixində Bakı şəhərində anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvando növləri ilə məşğul olub. Valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçən Qacar “Tiger kickboxing”  klubuna daxil  olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə kikboksinq və muay tay üzrə yarışlarda iştirak edib. 2019-cu ildə BƏƏ-də keçirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb. O, cəmi iki il sonra idman aktivinə qızıl medal əlavə edib.

Diasporla İş üzrə Dövlət Komitəsi bu qələbə münasibətilə gənc idmançımızı təbrik edir, təhsilində və idman karyerasında davamlı nailiyyətlər qazanmağı arzulayır. 


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.