Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər - FOTO
12 Okt 2021 10:43


44 günlük Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan bu gün 13 nəfərin doğum günüdür. 

realpress.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Əsgər Adıgözəlov Ceyhun Çoban oğlu 12 oktyabr 1994-cü ildə Saatlı rayonu Azadkənd kəndində dünyaya gəlib. Əsgər Ceyhun Adıgözəlov Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Ceyhun 6 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Adıgözəlov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Əsgər Əhmədli Nurlan Rəhim oğlu 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində radiotexnika mühəndisliyi fakültəsi üzrə Bakalavr təhsili alıb. Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nurlan Əhmədli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Ələkbərov Əli Ələkbər oğlu 12 oktyabr 1985-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olub. Bakıdakı 157 nömrəli məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Oktyabrın 17-də cəbhənin Ağdərə-Ağdam istiqamətlərində gedən döyüşlərdə qərhəmancasına şəhid olur.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Əmrahov Rasim İmran oğlu 1988-ci ilin oktyabr ayının 12-də Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub.

2006-cı il oktyabr ayının 16-da hərbi xidmətə çağırılıb və həqiqi hərbi xidmətini 2008-ci ildə başa vurduqdan sonra bir müddət öz kəndlərində təsərrüfatla məşğul olub. Lakin, vətənin azadlığı, bütövlüyü uğrundakı arzuları, istəkləri ona rahatlıq vermirdi. 2014-cu ildən MAHHXHQ əsgər olaraq xidmətə başlayıb, tapşırıqları vaxtında yerinə yetirdiyinə, fəaliyyətində fərqləndiyinə və göstərdiyi şücaətlərə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilib.

O, 27 sentyabr 2020 ci il tarixində torpaqlarımızın azadlığı uğrunda başlanmış Vətən müharibəsində bütün əsgər və zabitlərimiz kimi iştirak edib və 2020-ci ilin oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Rasim Əmrahov İmran oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Kapitan Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olub. 1999-cu ilə qədər həmin məktəbdə təhsil alıb və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirib.

2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.

Kapitan Əsgərov Samid 2020-ci ildə sentyabr ayının 27-si başlayan və 44 gün davam edən Vətən müharibəsində Füzuli rayonu Seyidəhmədli istiqamətində döyüşlərə başlayıb. Elə həmin döyüşlərdən birində aldığı qəlpə yarasından şəhid olub. 


Oktyabr ayının 3-ü Samid Əsgərov yaşadığı Neftçala şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Samid Əsgərov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş leytenant Hüseynli Əmrah Namik oğlu 1994-cü il oktyabrın 12-də Cəlilabad şəhərində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2017-ci ildə hərbi məktəbi “Taktiki kəşfiyyat qoşunları komandiri” ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib.

Əmrah Hüseynli 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Əmrah Hüseynli oktyabrın 26-da Çanaqçı istiqamətində şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əmrah Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Hüseynov Rafiz Afiq oğlu 12 oktyabr 2000-ci ildə Gədəbəy rayonu Şahdağ kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rafiz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşanın işğaldan azad olunmasında fəal iştirak edib.

Ötən il oktyabrın 28-də Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rafiz Hüseynov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Məmmədov Fərid Eyvaz oğlu 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. 

Hərbi xidmətdə fəallığı ilə seçilən igidimiz 2020-ci ildən MAHHXHQ kimi xidmətini davam etdirib. Ötən il 27 sentyabrda Vətən müharibəsi başlayanda o da torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. F.Məmmədov oktyabrın 15-də Suqovuşan ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fərid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunması görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Məmmədov Röyal Misil oğlu 12 oktyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib. 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib.

Qısa müddətdən sonra, elə həmin ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2010-cu ildə hərbi xidmətdən tərxis olunub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra atasına kömək etmək məqsədilə onunla birlikdə müxtəlif yerlərdə fərdi işlə məşğul olub. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Röyal da könüllü olaraq cəbhəyə yollanır. Qubadlı uğrunda gedən döyüşlərdə düşmən gülləsi ürəyinə dəyib və Röyal müqəddəs şəhidlik məqamına yüksəlir. İgid Vətən oğlu 24 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Röyal Məmmədov ölümündən sonra cənab “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əsgər Mənəfli Əli Əflan oğlu 2001-ci ilin oktyabrın 12-də Şirvan şəhərində dünyaya göz açıb. 2007-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2018-ci ildə 9-cu sinfi bitirən Əli təhsilini Şirvan Peşə Liseyində davam etdirib. 2019-cu ildə təhsilini başa vurub və oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 14-də Şuşakənd yaxınlığında qəhrəmancasına şəhid olub. Qələbədən 4 gün sonra doğulub boya-başa çatdığı Şirvan şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mənəfli Əli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Rzazadə Fərhad Mirzə oğlu 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

Fərhad 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

Fərhad ilk olaraq Kəlbəcər-Murovdağ istiqamətində döyüşüb. Murovdağ yüksəkliyinin azad olunmasında xüsusi şücaət göstərərək, düşmənə ağır zərbələr endirib. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. Sonuncu döyüşü Cəbrayılın Daşkəsən kəndinin azad edilməsi uğrunda olub.

Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində oktyabrın 3-də şəhidlik zirvəsinə yüksələn qəhrəmanımız oktyabrın 14-də Füzuli rayon Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fərhad Rzazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad edilməsinə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Baş leytenant Vəliyev İlqar Cahid oğlu 12 oktyabr 1973-cü ildə Bakı şəhərində doğulub. 1993-1998-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. 27 sentyabr tarixində başlanan Vətən müharibəsinə könüllü olaraq kəşfiyyatçı kimi qatılıb. Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin alınmaz hesab edilən postlarının alınmasında böyük şücaət göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edib.

21 oktyabr tarixində Vətən müharibəsinin Füzuli cəbhəsində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İlqar Vəliyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ çavuş Yunusov Amrid Zaur oğlu 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub. O, uşaqlıqdan hərbçi olmağı arzulayırmış. Elə bu səbəbdən də 2013-cü ildə Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət çəkib evinə qayıtdıqdan sonra valideynlərinə öz taleyini hərb ilə bağlamaq istədiyini bildirib. Beləliklə, 2016-cı ildə MAHHXHQ kimi xidmətə başlayıb.

A.Yunusov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 1-də Xocavəndin Maçkalaşen kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Amrid Yunusov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.