İlham Əliyev: “Onlar işğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər, biz buna son qoyduq”

İlham Əliyev: “Onlar işğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər, biz buna son qoyduq”
11 Okt 2021 09:36


“Mən Tuğ kəndində olanda dəhşətə gəldim. Onlar Tuğda hər il müxtəlif festivallar təşkil edirdilər. Xaricdən qonaqlar cəlb olunurdu, gəlirdilər və belə bir videogörüntü yaradılırdı ki, sanki çox inkişaf etmiş yerdir. Dağılmış vəziyyətdədir, məktəb dağılıb, mədəniyyət evi dağılıb, binalar demək olar ki, hamısı köhnəlib. Yəni, bax, budur Ermənistan işğalının əsl siması”

Bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Hadrutun azad olunmasını tarixi hadisə adlandıran Prezident deyib: “Bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik. Bir istiqamət Füzuli istiqaməti idi. Hadrut azad olunandan heç 10 gün keçməmiş biz Füzulini azad etdik. Digər istiqamət Şuşa istiqaməti idi. Bax, o Zəfər yolu dediyimiz tarixi yol, o cümlədən Hadrut meşələrindən keçirdi”.

27 Okt 2021
Siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları - MÖVQE

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə və Zəngilana səfərləri çox mühüm tarixi və siyasi hadisədir. Türkiyə liderinin Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi böyük əhəmiyyət kəsb edirdi”.

27 Okt 2021
Siyasət

Əliyev-Ərdoğan görüşü: Türkiyəni qəbul etməyənlərə cavab və Ermənistanın ifşası - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ötən gün baş tutan səfəri növbəti dəfə bütün dünya üçün önəmli mesajlar ehtiva edir. İstər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə liderini Füzuli hava limanının açılışına dəvət etməsi, istərsə də Ərdoğanın bu dəvəti məmnuniyyətlə qəbul edib Azərbaycana təşrif etməsi dövlətlərarası münasibətlərdə artıq uzun illərdir formalaşmış birlik və bərabərliyin əyani təzahürü kimi qarşımıza çıxır.

27 Okt 2021
Siyasət

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

27 Okt 2021
Siyasət

Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb - Kamaləddin Qafarov

“Bu gün işğaldan azad edilmiş bütün digər bölgələrimiz kimi, Qubadlı şəhəri və rayonun kəndləri də sürətlə bərpa edilir. 

27 Okt 2021
Siyasət

Zakir Həsənov Hulusi Akarla görüşdü

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.