Prezident: “Hadrut qəsəbəsinə baxdıqda görünür ki, ermənilər bu torpaqları özlərinə doğma torpaq saymırdılar”

Prezident: “Hadrut qəsəbəsinə baxdıqda görünür ki, ermənilər bu torpaqları özlərinə doğma torpaq saymırdılar”
11 Okt 2021 09:33


“Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək, - onları biz birləşdirdik, - Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar”.

Bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident deyib ki, onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Amma buradakı bütün kəndlərin hamısı bərbad vəziyyətdədir: “İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər”.


27 Okt 2021
Siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları - MÖVQE

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə və Zəngilana səfərləri çox mühüm tarixi və siyasi hadisədir. Türkiyə liderinin Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi böyük əhəmiyyət kəsb edirdi”.

27 Okt 2021
Siyasət

Əliyev-Ərdoğan görüşü: Türkiyəni qəbul etməyənlərə cavab və Ermənistanın ifşası - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ötən gün baş tutan səfəri növbəti dəfə bütün dünya üçün önəmli mesajlar ehtiva edir. İstər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə liderini Füzuli hava limanının açılışına dəvət etməsi, istərsə də Ərdoğanın bu dəvəti məmnuniyyətlə qəbul edib Azərbaycana təşrif etməsi dövlətlərarası münasibətlərdə artıq uzun illərdir formalaşmış birlik və bərabərliyin əyani təzahürü kimi qarşımıza çıxır.

27 Okt 2021
Siyasət

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

27 Okt 2021
Siyasət

Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb - Kamaləddin Qafarov

“Bu gün işğaldan azad edilmiş bütün digər bölgələrimiz kimi, Qubadlı şəhəri və rayonun kəndləri də sürətlə bərpa edilir. 

27 Okt 2021
Siyasət

Zakir Həsənov Hulusi Akarla görüşdü

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.