Futbol millimizə texniki məğlubiyyət verilə bilər

Futbol millimizə texniki məğlubiyyət verilə bilər
09 Okt 2021 07:59


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

realpress.az xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri olduqları ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları hoteldə karantin rejimindədirlər.

29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.