Yunan-Roma güləşçilərindən dünya çempionatında uğurlu start - YENİLƏNİR

Yunan-Roma güləşçilərindən dünya çempionatında uğurlu start - YENİLƏNİR
07 Okt 2021 17:40


Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatına yunan-Roma güləşçilərimiz uğurlu start verib.

realpress.az xəbər verir ki, Eldəniz Əzizli ilk görüşdə Ukraynanı təmsil edən erməni əsilli rəqibindən güclü olub – 6:0. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb (10:1) və yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Ken Matsui (Yaponiya) olacaq.

Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək 9:6 hesabı ilə əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub – 4:3. Ancaq 1/4 finalda iranlı rəqibinə 0:9 uduzub.

Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Hər iki rəqibinə 9:0 hesabı ilə qalib gəlmiş Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq (10:2) karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Onun 1/2 finaldakı rəqibi Timur Berdiyev (Belarus) olacaq.

Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib – 9:0. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib (1:11). İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb – 7:6. Onun 1/2 finaldakı rəqibi Adlan Akiyev (Rusiya) olacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

10:32

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

realpress.az xəbər verir ki, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri xalçaya çıxacaq.

Dünya və Avropa çempionumuz Eldəniz Əzizli ilk görüşündə Ukrayna ermənisi Koriun Sahradyanla qarşılaşacaq.

55 kq
1/8 final Eldəniz Əzizli – Koriun Sahradyan (Ukrayna)

72 kq
1/16 final Ülvü Qənizadə – İdris İbayev (Almaniya)

77 kq
1/16 final Sənan Süleymanov – Kayratbəy Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final Rafiq Hüseynov – Ranet Kalyola (Estoniya)

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.