Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
realpress.az-ın xəbərinə görə, Milanın “San Siro” stadionunda meydan sahibi, son Avropa çempionu İtaliya ilə İspaniya qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Rusiyadan olan hakim Sergey Karasyov idarə edəcək.
Xatırladaq ki, bu komandalar AVRO-2020-nin yarımfinalında da bir-birinə rəqib olub. Həmin vaxt 1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyası müəyyənləşdirib. İtalyanlar 4:2 qalib gələrək finala çıxıb.
Qeyd edək ki, yarımfinalın digər oyununda son dünya üçüncüsü Belçika Turində son dünya çempionu Fransa ilə qarşılaşacaq.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.