İlham Əliyev: “Bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı”

İlham Əliyev: “Bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı”
24 Sent 2021 12:17


“Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadı. Xüsusi təyinatlı qüvvələrimiz fədakarlıqla mübarizə apardılar, bir çox əməliyyatlarda ölümə gedərək, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) müharibədə oynadığı vacib rol barədə danışarkən deyib.

“Xüsusi Təyinatlı Qüvvələrə həmişə xüsusi diqqət yetirmişəm. Onların təchizatı və təkmilləşdirilməsi, silah və texnikası, döyüş hazırlığı mənim daim nəzarətimdə olub. Mən dəfələrlə xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti ilə görüşmüşəm və əmin olmuşam ki, ən çətin döyüş tapşırıqlarını həll edə biləcək yüksək döyüşqabiliyyətli bölmələr yaratmışıq.

Keçən ilki döyüşlərin gedişatına qayıtsaq, ərazinin relyefi bizim üçün əlverişsiz idi. Biz əslində dağlara qalxırdıq. Erməni tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq bir neçə möhkəmləndirilmiş müdafiə xətti yaratmışdı. Dağlıq relyefin özü də müdafiə xəttidir və çox çətindir. Buna görə də, XTQ möcüzəvi peşəkarlıq, iradə, güc və Vətən sevgisi göstərməli oldu. Ümumiyyətlə, mən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Biz müxtəlif güc strukturlarında bir neçə xüsusi təyinatlı qüvvə yaratdıq. Bir çox yaşayış məntəqələrinin azad edilməsində iştirak edən Sərhəd Qoşunlarının xüsusi təyinatlıları döyüşlərdə fəal və səmərəli iştirak etdilər. Həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, onlar da artıq döyüş zamanı döyüş tapşırıqlarının həllində fəal iştirak ediblər. Biz əvvəlcə bu bölmələri hazırlayıb və təchiz etsək də, onlardan istifadə etmək fikrində deyildik. Həm Sərhəd Xidməti, həm də Daxili Qoşunlar, bəlkə də birbaşa fəaliyyət istiqamətləri üçün o qədər də xarakterik olmayan hərbi texnika ilə təchiz olunmuşdu. Mən elə mobil hərbi qruplar yaratdım ki, özünün birbaşa təyinatından əlavə işğal altındakı torpaqlarımızı azad etmək üçün istifadə oluna bilər.

Bundan əlavə, hərbi əməliyyatların müəyyən mərhələsində, Naxçıvandan gətirilən və digər xüsusi təyinatlı bölmələrlə birlikdə döyüş əməliyyatlarına qatılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları cəlb edildi. Dəniz piyadalarımız da özlərini fəal və effektiv şəkildə göstərə bildilər. Əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da qeyd olunmalıdır.

Beləliklə, bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı, ancaq əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Bir çox əməliyyatları birgə apardıqları üçün aralarındakı qarşılıqlı əlaqənin koordinasiyası da böyük əhəmiyyət kəsb edirdi. Burada onların fəaliyyətlərinin ahəngi əks-hücum əməliyyatının uğur qazanmasında əsas rol oynadı.

Əvvəlki dövrdə keçirdiyimiz bir sıra hərbi təlimlər zamanı Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların xüsusi təyinatlılarının birgə fəaliyyətləri işlənirdi və onların koordinasiya imkanları nəzərdən keçirilirdi. Ancaq təlimlərin gedişi başqa, real müharibə əsl tamam başqadır.

Ümumiyyətlə bizim xüsusi təyinatlı qüvvələrimizin bütün komponentləri İkinci Qarabağ müharibəsinin gedişində maksimum effektli fəaliyyət göstərdi, döyüşçülər və komandirləri kütləvi qəhrəmanlıq göstərdi, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik”, - deyə, dövlət başçısı bildirib.

24 Apr 2024
Siyasət

Ceyhun Bayramov Çexiyada Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

24 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb.

24 Apr 2024
Siyasət

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.

24 Apr 2024
Siyasət

Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib.