Mövlud Çavuşoğlu: “Həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”

Mövlud Çavuşoğlu: “Həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”
24 Sent 2021 11:21


“Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən və hökuməti qurduqdan sonra pozitiv mesajlar verdi. Prezident Rəcəp Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Report”un ABŞ bürosuna eksklüziv müsahibəsində “Türkiyə ilə Ermənistan arasında yaxın vaxtlarda danışıqların başlanılması gözlənilirmi?” sualını cavablandırarkən deyib.

“Biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla bağlı da müzakirələrinin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır”, - Türkiyə XİN başçısı vurğulayıb.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.