İspaniya Əfqanıstana 20 milyon avro həcmində humanitar yardım ayırıb

İspaniya Əfqanıstana 20 milyon avro həcmində humanitar yardım ayırıb
14 Sent 2021 17:57

Əfqanıstanın bərpası üçün vəsait toplamaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə təşkil etdiyi donorlar görüşündən sonra 1,1 milyard dollardan çox (təxminən 930 milyon avro) vəsait yığılıb.

 BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, əfqanlar tam iqtisadi iflas təhlükəsi qarşısındadırlar və bu ayın sonunda ölkənin ərzaq ehtiyatı tükənə bilər. Dünya Ərzaq Proqramı Əfqanıstanda 14 milyon insanın kəskin aclıqla üzləşməsi barədə xəbərdarlıq edib.

BMT-nin hesablamalarına görə, Əfqanıstanda humanitar vəziyyətin daha da pisləşməməsi üçün təkcə bu il təqribən 606 milyon dollar (513 milyon avro) tələb olunur. Gələn il ərzində beş yaşadək uşaqların təxminən 50 faizinin yarıac-yarıtox yaşayacağı gözlənilir. Bu səbəbdən vəsaitin üçdəbiri ərzaq proqramlarına sərf olunacaq.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares donorların virtual görüşündə bildirib ki, İspaniya Əfqanıstana humanitar yardım kimi 20 milyon avro, o cümlədən bu il azı 7 milyon avro ayıracaq.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.