TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlandı - YENİLƏNİB + FOTO

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlandı - YENİLƏNİB + FOTO
13 Sent 2021 12:22


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edilib.

Bu barədə realpress.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

Belə ki, V. Qurbanov hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.


11:32

Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazdığı barədə paylaşım edib. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

realpress.az xəbər verir ki, hazırda hər kəsi maraqlandıran məsələ ölkənin ən önəmli qurumlarından biri olan TƏBİB daxilində nə baş verməsidir.

Ramin Bayramlının öz istəyi ilə işdən azad edilməsi üçün yazdığı ərizə rəsmən təsdiq edilibmi?

Bu proseslər müvafiq qaydada yekunlaşana qədər hazırda TƏBİB-də Ramin Bayramlının vəzifəsinin icrası kimə həvalə olunub?

realpress.az-ın əldə etdiyi məlumata görə, gün ərzində bu və digər suallara rəsmi cavab veriləcək.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.