Bu gün şəhid Rauf Cahangirovun doğum günüdür - FOTO

Bu gün şəhid Rauf Cahangirovun doğum günüdür - FOTO
31 Avq 2021 11:55


Bu gün şəhid Cahangirov Rauf Xəyyam oğlunun doğum günüdür.

realpress.az-ın məlumatına görə, R.Cahangirov 1998-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub.

2015-ci ildə Maşxan kənd orta məktəbini bitirən R.Cahangirov 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Xidmətini şərəflə başa vurduqdan cəmi üç ay sonra könüllü orduya yazılıb və 21 sentyabrdan təlimlərə qatılıb. 

Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 

Döyüşlər başlanandan bir müddət sonra 47 gün ərzində şəhidimizdən heç bir xəbər olmayıb. Sonradan əsgərin şəhid xəbəri gəlib.

Bildirilib ki, R.Cahangirov noyabrın 2-də Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və daha üç medal ilə təltif edilib. 

Şəhid 17 dekabr 2020–ci ildə doğulub boya-başa çatdığı Maşxan kəndinin qəbristanlığında dəfn olunub.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.