Qaraciyərinizin sıradan çıxdığını göstərən əlamətlər - Kişilərdə süd vəzilər böyüyür....

Qaraciyərinizin sıradan çıxdığını göstərən əlamətlər - Kişilərdə süd vəzilər böyüyür....
07 2019 13:13

Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib.

İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.

Medicina.az əsrin bəlası olan qaraciyər çatışmazlığına doğru yol alan simptomları təqdim edir. Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.

1. Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır

2. Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma - xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi

3. Dəridə ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar

4. Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır

5. Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq

6. Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması

7. Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi

8. Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması

9. Ovucların saralması, rənginin dəyişməsi

10. Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu

11. Nəcisin rənginin açıq olması

Realpress.az


17 Okt 2019
Səhiyyə - Sağlamlıq

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Rusiya həkimləri süd vəzisi xərçənginin inkişafına təsir edən 5 amili açıqlayıblar.

16 Okt 2019
Səhiyyə - Sağlamlıq

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

14 Okt 2019
Səhiyyə - Sağlamlıq

Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

Kişi və qadın orqanizmi xeyli fərqlənir və bu tək cinsiyyət sisteminə aid deyil. Adətən insanlar belə hesab edir ki, kişi orqanizmi daha möhkəmdir.