Diqqət! Bunlar nevrozun yaranmasına səbəb olur

Diqqət! Bunlar nevrozun yaranmasına səbəb olur
13 2019 10:27

Nevroz son illərin ən "populyar" xəstəliklərindən sayılır. Günümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur.

Hətta bəzən həkim diaqnozu olmadan insanlar onlarda yaranan əsəbilik, gərginlik halına nevroz kimi yanaşırlar.

Nevroz nədir? Hansı hallar nevroz əlamətləri sayıla bilər?

 

E-tibb.az bununla bağlı nevroloq Jalə Qarayevanın fikirlərini təqdim edir:  

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri hansılardır?

Nevroz psixoloji, sosial, genetik və bioloji səbəblərdən meydana çıxa bilər. Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.

Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid edilə bilər.

Bir çox xəstəliklərdə olduğu kimi nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir.

Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun hansı formaları var?

- Həyəcan nevrozu;

- Obsessiv-kompulsiv nevroz;

- Somatik nevroz;

- Fobiyalar;

- Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları necə olur?

- Həyəcan;

- Ürək döyüntülərinin sayının artması;

- Kefsizlik;

- Ruh düşkünlüyü;

- Bəd xəbər eşitmə qorxusu;

- Yorğunluq;

- Yuxu və iştaha pozulmaları;

- Bədənin müxtəlif nahiyələrində ağrılar;

- Xəstəlik qorxusu;

- Ölüm qorxusu;

- Beyindən çıxmayan fikirlər və hərəkətlər;

- Patoloji səliqəlilik və s .

Xəstəliyin diaqnozu necə qoyulur?

Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.

Nevrozun müalicəsi necə aparılmalıdır?

Nevrozların müalicəsi pasiyentin yaşı, yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır. Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.


12 Dek 2019
Maraqlı

Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır — SİYAHI

Dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.

12 Dek 2019
Maraqlı

Tez-tez ağlamaq istəyi... - Xanımların DİQQƏTİNƏ!

Qadınlarda davamlı ağlama istəyi menopauzanın əlaməti ola bilər.

12 Dek 2019
Maraqlı

Azərbaycanlılar "google"da ən çox bu sözləri axtarır — SİYAHI

Azərbaycanda "google" axtarış sistemi vasitəsi ilə ən çox axtarılan sözlər məlum olub.

12 Dek 2019
Maraqlı

Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO

Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO

11 Dek 2019
Maraqlı

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli "Bennu" asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.