Corc Buş üçüncü dəfə baba oldu

Corc Buş üçüncü dəfə baba oldu
07 2019 12:02


ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.

realpress.az xəbər verir ki, avqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib.  "Instagram"da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.

Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.

Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.

"NBC TV"-də səhər verilişinin aparıcısı Jenna Buşla Henry Hager 10 may 2008-ci ildə Texasda, ABŞ prezidentinin rançosunda evləniblər. Cütlüyün bu nigahdan 6 yaşlı Mila və 4 yaşlı Poppy adlı övladı var.

Qeyri-kommersiya təşkilatı olan Qlobal Sağlamlıq Korpusunun sədri, aktivist Barbara Buş da evlidir. 2018-ci ildə o, amerikalı aktyor və ssenarist Kreyq Coyne ilə nikaha daxil olub. Lakin cütlüyün hələlik övladı yoxdur.


27 Yan 2020
Dünya

Bill Qeyts koronovirusla mübarizəyə 10 milyon dollar ayırıb

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirusla mübarizədə Çini dəstəkləyib və təxminən 5 milyon dollar məbləğində yardım edəcək.  

27 Yan 2020
Dünya

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub - YENİLƏNİB + VİDEO

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub - YENİLƏNİB + VİDEO

27 Yan 2020
Dünya

Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO

Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO