Zübair Mahmud Hayat: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək

Zübair Mahmud Hayat: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək
21 2017 08:53

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Görüşdə Azərbaycan və Pakistanın hərbi sahədə əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ermənistanın təcavüzkar siyasəti haqqında məlumat verən səfir Pakistan dövləti və xalqının, eyni zamanda ordusunun ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan Prezidentinin qardaş Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir Əli Əlizadə, Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin tarixi, mədəni, dini əsaslara, ortaq dəyərlərə söykəndiyini, Pakistanın Azərbaycanla əməkdaşlığa daim diqqət göstərdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin davam edəcəyini qeyd edib, Kəşmir məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.