Zlatan İbrahimoviç mövsümün sonu “Mançester Yunayted”dən ayrıla bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “La Qalaksi” futbol klubu isveçli hücumçunu transfer etmək istəyir. MLS liqasında mübarizə aparan komanda Z.İbrahimoviçə rekord məbləğdə müqavilə təklif edib.
Otuz beş yaşlı futbolçunun ABŞ-da oynamağı qəbul edəcəyi bildirilir.
Qeyd edək ki, Z.İbrahimoviçin “Mançester Yunayted” ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.