Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezident postları siyasi idarəetmə sistemini daha da təkmilləşdirdi”

Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezident postları siyasi idarəetmə sistemini daha da təkmilləşdirdi”
07 2017 14:27

“Azərbaycanın dövlət idarəçiliyində birinci vitse-prezident və vitse-prezident postlarının təsbit olunması ilə ölkənin siyasi idarəetmə sistemi daha da təkmilləşdirildi” 

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında deyib.

Z. Əsgərov bildirib ki, bundan sonra sosial yönümlü siyasət daha əhatəli olacaq: “Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda, sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi, əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük töhfə vermiş olacaq. Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir adam, özünün dediyi kimi, möhtərəm prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən, onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquqla bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".


4 Okt 2023
Siyasət

Gürcüstanda güclü yağışlar selə səbəb oldu - VİDEO

Gürcüstanın Qara dəniz sahilindəki Kobuleti şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub.

4 Okt 2023
Siyasət

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi həlledici taktiki üstünlük idi”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir.

3 Okt 2023
Siyasət

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.

3 Okt 2023
Siyasət

Rəşad Nəbiyevin vətəndaş qəbulu təxirə salınıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.