Ziya Məmmədovdan yeni xəbər var

Ziya Məmmədovdan yeni xəbər var
24 2017 09:15

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov Novruz bayramını ailəsi ilə birlikdə doğulub, boya-başa çatdığı Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən ata yurdunda qeyd edib.

Enter.News xəbər verir ki, bu barədə unikal.org-a eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib. O bildirib ki, Ziya müəllim rayonda olduğu üçün biz də onun başına toplaşaraq Novruz bayramını birlikdə qeyd etdik.

E.Məmmədov deyib ki, hazırda Ziya müəllim özünü yaxşı hiss edir: "Ziya müəllim özünü yaxşı hiss edir və səhətinə heç bir problem yoxdur. Hər şey əladır. Bayramı ailələrimizlə, kənd camaatı ilə birlikdə qeyd etdik. Hər şey gözəldir, əladır”.

Eks deputat qardaşı nazir vəzifəsindən çıxarıldıqdan sonra YAP-dan da xaric olunması ilə bağlı dedi-qodularda münasibət bildirib: "Bu cür məlumatlar yalandır. Deyilənlər doğru deyil”.

E.Məmmədov mətbuata da müraciət edib: "Qardaşım Ziya Məmmədovla bağlı məndən heç kim heç nə soruşmasın. Hər kəsin öz həyat tərzi var. Kimin mənimlə bağlı sualı varsa buyurub bunu deyə və yaxud soruşa bilər. Kimsə kimisə yerinə cavabdeh deyil. Həmdə Ziya müəllim kiminsə onun haqqında danışmasını da xoşlamır. Bu həmdə etik baxımından düzgün deyil”.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.