Zərdab rayonu, Qoruqbağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə və dam örtüyü 12 m2 sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.