Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra Müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanan müdafiə naziri onlarla çay süfrəsi arxasında söhbət aparıb.
Qarabağ uğrunda gedən döyüşlərdə bir çox vətən oğlu canı, qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi. Belə oğullardan biri də Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən 19 yaşlı Rüstəm Qurbanovdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb.