Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd “Samsung Galaxy J7 Prime”, 3 ədəd “Samsung Galaxy J5”, 1 ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd “qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.