Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi
29 Noy 2016 12:10

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

REALPRESS-in Yunanıstan KİV-ə istinadən verdiyi məlumata görə, SOCAR-ın zəmanət məktubunun müddəti noyabrın 30-u başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Qeyd edək ki, SOCAR Yunanıstan tərəfinin xahişinə əsasən DESFA-nın səhmlərinin əldə olunması ilə bağlı zəmanət məktubunun müddətini sentyabr və oktyabr aylarında da uzatmışdı. Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.


19 Sent 2019
İqtisadiyyat

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".