Yunanıstan milli kosmik agentlik yaradır

Yunanıstan milli kosmik agentlik yaradır
01 2017 14:55

Yunanıstanın Rəqəmsal Siyasət, Telekommunikasiya və İnformasiya Nazirliyi ölkənin kosmik agentliyini yaratmaq niyyətindədir. Tezliklə bununla bağlı qanun layihəsi parlamentə təqdim ediləcəkdir. Yeni qurumun rəsmi adı Kosmik Fəaliyyət üzrə Milli Mərkəz (EKDE) olacaqdır. Eyni zamanda, cari ildə “Hellas Sat” peykinin kosmosa buraxılması nəzərdə tutulur. Kosmik agentlik hərbi və telekommunikasiya sahələrində elmi tədqiqatlar və mülki müdafiə üçün istifadə olunacaqdır.

Yunanıstanın 2003-cü ildən etibarən malik olduğu “Hellas Sat 2” adlı peyki 2013-cü ildə 208 milyon avroya ərəb şirkətinə satılıb. Ölkənin rəqəmsal siyasət, telekommunikasiya və informasiya naziri Nikos Pappas peykin sabiq hökumət tərəfindən satılması ilə razı olmadığını və Yunanıstanın kosmosda təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


22 Sent 2023
Dünya

Türkiyə səfiri erməni təxribatı nəticəsində həlak olan polisin yas mərasimində iştirak edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

22 Sent 2023
Dünya

Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıblar - VİDEO

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.

22 Sent 2023
Dünya

Türkiyəli və rusiyalı xilasedicilər Liviyada daşqın qurbanlarının yüzdən çox cəsədini sudan çıxarıblar - VİDEO

Rusiyalı xilasedicilər türkiyəli həmkarları ilə birlikdə son 24 saat ərzində Liviyada daşqından sonra həlak olanların 80-ə yaxın cəsədini aşkarlayaraq çıxarıblar.

22 Sent 2023
Dünya

Dardanel boğazında hərəkət müvəqqəti olaraq dayandırılıb

Dardanel boğazında gəmi nasazlığı səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

22 Sent 2023
Dünya

Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri azalıb.