Yüksək keyfiyyətli holoqrafik ekranların yaradılması üçün texnologiya hazırlanıb

Yüksək keyfiyyətli holoqrafik ekranların yaradılması üçün texnologiya hazırlanıb
14 2017 14:47

Hazırda dünyada keyfiyyətli və hər kəs üçün əlyetərli olan holoqrafik ekranların yaradılması sahəsində işlər aparılır. Koreyanın Elm və Qabaqcıl Texnologiyalar İnstitutunun tədqiqatçıları parametrləri istənilən mövcud analoqunun parametrlərini 2,5 min dəfədən çox üstələyən dinamik üçölçülü holoqrafik ekranının prototipini hazırlayıblar.

AZƏRTAC www.iсt.az saytına istinadla xəbər verir ki, Koreya tədqiqatçıları araşdırmalarında sadə, yüksək keyfiyyətli ekrandan, məlumat daşıyıcısı kimi isə optik dalğa cəbhəsinin yaradılması üçün xüsusi modulyatordan istifadə ediblər. Daha əvvəl holoqrafik qurğularda işığın yayılması arzuedilməz hadisə hesab olunsa da, artıq işığın “düzgün” yayılmasından istifadə etməklə daha əvvəl hazırlanmış istənilən analoji holoqramın göstəricilərini iki min beş yüz dəfə üstələyən geniş baxış bucağı əldə edilib.

Koreya alimləri hesab edirlər ki, onların tətbiqi böyük, keyfiyyətli və əlyetərli üçölçülü holoqrafik ekranların yaradılmasında ilk addım ola bilər ki, bu da həkimlərin, mühəndis və alimlərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.