“Google” şirkəti fövqəladə hallar zamanı doğma insanların axtarışı üçün nəzərdə tutulan “Trusted Contacts” (“İnanılmış kontaktlar”) əlavəsini təqdim edib.
REALPRESS.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu əlavə bir toxunuş ilə dost və qohumların harada olması barədə məlumat mübadiləsinə imkan verir. Əlavədə qeydiyyatdan keçərkən istifadəçiyə ünvan kitabçasından onun olduğu yer barədə məlumat mübadiləsi edəcək “inanılmış kontakt”ları seçmək təklif olunur. Bu kontaktlar, həmçinin smartfon sahibinin harada olması haqqında informasiya tələb etməyə imkan verir.
“Trusted Contacts” “offline” rejimdə işi dəstəkləyir. Məsələn, batareyanın enerjisi bitsə və ya siqnal itsə, əlavə kontaktlara istifadəçinin son qeydə alınan olduğu yeri göstərəcək.
Hazırda əlavə yalnız “Android” mobil əməliyyat sistemli qurğularla işləyir, “iOS” sistemi üçün versiyanın hazırlanması üzərində işlər aparılır.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.