Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub
18 2020 15:21

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

 

“Powerbeats” xarici görünüşünə görə “Powerbeats Pro” qulaqcığına bənzəsə də, “Powerbeats 3” kimi bir-birinin arasında simli şəkildə birləşib. “Apple” nümayəndələrinin sözlərinə görə, bu, boyun ətrafında təbii erqonomik kontur yaradır.

 

Bildirilir ki, “Powerbeats” qulaqcığı rahat istifadə üçün dörd ölçüyə malik silikon içliklə tədarük edilir.

 

Səsləndirmənin idarəetməsi və səsin tənzimlənməsi üzrə fiziki elementlər hər qulaqcığa quraşdırılıb.

 

Yeni “Powerbeats” qulaqcığı “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara tez qoşulma, eyni “iCloud” hesabında qeydiyyatdan keçən qurğular arasında sürətli keçid və “Siri” səsli komandalarının dəstəklənməsi üçün “H1” çipi ilə təchiz edilib. Bundan başqa, qulaqcıq “IPX4” standartı üzrə rütubətdən qorunur.

 

Qulaqcığın daxilində rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün iki istiqamətləndirilmiş şüaya malik mikrofonlar yerləşir. Qarniturun avtonom iş vaxtı 15 saat təşkil edir, “Fast Fuel” funksiyası isə 5 dəqiqə enerji topladıqdan sonra bir saat dinləməni təmin edir.

 

Yeni “Powerbeats” qulaqcığı martın 18-dən etibarən qara, ağ və qara rənglərdə satışa çıxarılacaq.


10 Sent 2020
İT

“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

3 Sent 2020
İT

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı olaraq açıq olan “bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

28 Avq 2020
İT

“Twitter”in işində nasazlıqlar yaranıb

“Twitter”in işində nasazlıqlar yaranıb. 

21 Avq 2020
İT

Sönülü telefonda yeri müəyyən etməyin yolu

Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.

19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.