Təbii qazdan istifadəyə görə güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq.
Bunu Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
İ.Kərbəlayev deyib: “İllik qaz istehlakının əvvəlki tarif üzrə (min kubmetr üçün 0,1 manat) limiti 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bu isə o deməkdir ki, yeni hesablama mexanizminin əhatə etmədiyi əhali qrupu 75 faizədək yüksələcək. Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq”.
Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.
Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
7 yaşlı Rüqəyya kəskin limfoblast leykemiyadan (qan xərçəngi) əziyyət çəkir.