Yaxın iki gündə gözlənilən rütubətli hava bəzi insanlarda diskomfort hissi yarada bilər

Yaxın iki gündə gözlənilən rütubətli hava bəzi insanlarda diskomfort hissi yarada bilər
17 2017 15:10

Ölkə ərazisində yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq, axşam isə yağış yağacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti təşkil edəcək.

Yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda diskomfort hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə duman, çiskin olacaq. Dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-3° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.