Yaşıl çay hamiləlik dövründə toksikozu aradan qaldırır

Yaşıl çay hamiləlik dövründə toksikozu aradan qaldırır
28 2017 15:50

Alimlər toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün yeni yol tapıblar. Yaşıl çay gələcəyin anasının ümumi vəziyyətinə yaxşı təsir göstərir və immuniteti möhkəmləndirir.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, alimlər yaşıl çayın kalium, maqnezium, manqanla zənginliyini, habelə antioksidant olmasını qeyd edirlər. Hamilə qadınlar üçün faydası ilə yanaşı, yaşıl çay ürək-damar xəstəlikləri, böyrəklərdə daşların yaranması, dişlərdə kariyes, habelə onkologiya riskini azaldır. Tədqiqatçılar yaşıl çay içməyi hamiləlik vaxtı “daim ac olan” qadınlara da məsləhət görürlər. Hamıya məlumdur ki, həddindən artıq yemə orqanizmə mənfi təsir göstərir. Yaşıl çay hamilə qadında bu problemi aradan qaldırır və həzm sistemini qaydaya salır.

Alimlər qeyd ediblər ki, maksimum fayda götürmək üçün yaşıl çayı düzgün dəmləmək lazımdır. Bunun üçün çayın üstünə temperaturu 87 dərəcədən çox olmayan su əlavə edilir və 3 dəqiqə ərzində dəmlənir. Çayın növü yüksək olduqca, dəmlənmə üçün də çox vaxt lazım olur.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.