Yasamal rayonunda altımərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın 3-cü mərtəbəsində ümumi sahəsi 85 kvadratmetr olan üçotaqlı mənzilin bir otağı, dəhlizi və eyvanı 46 kvadratmetr sahədə yanıb. Dördüncü mərtəbədə isə ümumi sahəsi 90 kvadratmetr olan üçotaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər əriyib. Yanğın zamanı üçüncü mərtəbədə yaşayan iki nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.