Oyun qurğuları üçün simsiz olan hazırkı kontrollerlər nəsli oyunçunun bilavasitə televizor ekranı qarşısında oturmasını tələb etmir. Bununla belə, əksər oyun həvəskarları buna vərdiş edib. Onlar üçün xüsusi olaraq adi stulda olduğu kimi əyləşməyə imkan verən “Buddy” kreslosu yaradılıb. Kreslonun əsas üstünlüyü ondadır ki, onu çevirən istifadəçi dirsəklənərək kontrolleri birbaşa qarşısında saxlamaqla oyun oynamaq üçün daha rahat vəziyyət ala bilir. Maraqlıdır ki, ilkin sifarişlərin qəbul olunduğu müddətdə “Buddy” əldə etmək istəyən istifadəçilərin sayı iki milyonu ötüb.
AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, istehsalçıların sözlərinə görə, bədənin “Buddy” vasitəsilə aldığı vəziyyət kürəyə zərər vermir. Hazırda yalnız ilkin sifarişlərin qəbul edildiyi oyun kreslosunun apreldə satışa çıxarılacağı gözlənilir.
Qəhvəyi, açıq yaşıl və çəhrayı rənglərdə olan qurğunun qiyməti 43 dollar təşkil edir. Şirkət təmsilçilərinin sözlərinə görə, məhz qiymətin aşağı olması onu rəqiblərdən fərqləndirir.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.
Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.
Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.