Yaponiya hökuməti və işgüzar dairələr istehlak məsrəflərinin artırılması məqsədilə genişmiqyaslı kampaniya keçirmək qərarına gəliblər. Həmin kampaniya “Premium Fridays” adlandırılacaq.
Qərara əsasən, hökumət və işgüzar təşkilatlar hər ayın sonuncu cümə günü mükafat olaraq qısa iş günü kampaniyası keçirəcəklər. Layihənin müəlliflərinin qənaətinə görə, ayın son cümə günü iş vaxtının saat 15:00-da başa çatması işçilərə ticarət üçün mağazalara baş çəkməyə və ya həftə sonu asudə vaxtı daha maraqlı təşkil etməyə şərait yaradacaq.
Kampaniyanın reallaşması üçün müzakirələrin təşkili məqsədilə dekabrın ortalarında xüsusi konfransın keçirilməsi nəzərdə tutulur. Kampaniyanın özünə isə gələn ilin fevral ayında başlanacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
İsrail hakimiyyəti və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması barədə razılığa gəlib.