Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB

Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB
06 2017 09:28

Bu il Azərbaycana Yaponiya, Koreya və İndoneziyadan gələn turistlərin sayının artacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, həmin ölkələrdən olan turistlər və turizm şirkətləri Azərbaycana maraq göstərirlər. Bu məqsədlə İndoneziyanın turizm şirkətlərindən ibarət böyük nümayəndə heyəti də Azərbaycanda səfərdə olub: “İndoneziya 240 milyonluq əhalisi olan böyük müsəlman ölkəsidir. Onların Azərbaycan bazarına daxil olması turizmin inkişafına təsir göstərəcək”.

M.Ağakərimov bildirib ki, ötən il Azərbaycana ərəb ölkələri, İran, Rusiya və Qazaxıstandan gələn turistlərin sayı artıb. Bu il həmin ölkələrdən gələn turistlərin sayının daha da artacağı gözlənilir.

AzTA sədrinin müşaviri hesab edir ki, ümumilikdə ötən ilə nisbətən 2017-ci ildə Azərbaycana daha çox turistin gələcəyi gözlənilir: “Azərbaycana Avropa ölkələrindən də turistlər gəlir. Amma təbii ki, bu say bir qədər azdır. Hesab edirik ki, Avropa ölkələrindən də Azərbaycana gələcək turistlərin sayı artacaq. Amma turistlərin sayının artması üçün vacib məsələlərdən biri də hostellərin, 1-2 ulduzlu hotellərin tikilməsidir".

M.Ağakərimovun fikrincə, Azərbaycanda hostellər və 1-2 ulduzlu hotellər tikildikdən sonra ərəb ölkələrindən, İrandan, Rusiyadan, o cümlədən Şimali Qafqazdan gələn turistlər məhz bu tipli hotellərdə yerləşməyə üstünlük verəcəklər.


7 İyun 2023
Cəmiyyət

Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

7 İyun 2023
Cəmiyyət

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

7 İyun 2023
Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.

7 İyun 2023
Cəmiyyət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

7 İyun 2023
Cəmiyyət

Ağsu və Kürdəmirdə qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.